Türkiyə ilə Hollandiya barışdı

Türkiyə ilə Hollandiya barışdı

Türkiyə və Hollandiya diplomatik əlaqələrin normallaşdırılması barədə razılıq əldə ediblər.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Stefan Blok arasında baş tutan telefon danışığı zamanı razılıq əldə olunub.

“Nazirlər qısa zamanda Haaqa və Ankarada səfir postlarının bərpası barədə razılaşıblar”-deyə açıqlamada deyilir.

Xatırladaq ki, 2017-ci ilin martında Hollandiya hakimiyyəti viza almaq istəyən türk nazirlərini ölkə ərazisinə buraxmamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...