İranda yenidən güclü zəlzələ olub - Ölən və xeyli yaralı var

İranda yenidən güclü zəlzələ olub -

İranda yenidən güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində bir nəfər ölüb, azı 97 nəfər yaralanıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin sədri Mürtəza Salimi məlumat verib.

O, qeyd edib ki, zəlzələ Tehran, Əlborz, Qəzvin, Qum, Gilan və ölkənin digər mərkəzi əyalətlərində hiss olunub.

Saliminin sözlərinə görə, zəlzələ zamanı hamilə qadın güclü həyəcan keçirərək dünyasını dəyişib.

Qeyd edib ki, dekabrın 20-də Tehranın şimal-qərbində Kərəc şəhərinin 17 kilometrliyində 5,2 bal gücündə zəlzələ baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...