Naxçıvanın elektrik təlabatı alternativ enerji hesabına ödəniləcək

Naxçıvanın elektrik təlabatı alternativ enerji hesabına ödəniləcək

"Böyük su elektrik stansiyaları daxil olmaqla, alternativ və bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payı ötən ildəkindən az olmayacaq".

"APA-Economics" xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri müavini Nurəli Yusifbəyli bildirib.

Onun sözlərinə görə, bu il ölkədə enerji istehsalında alternativ enerjinin payı 7-8% təşkil edəcək.

"Təbii ki, bunun əsas hissəsini böyük su elektrik stansiyaları təşkil edir. Çünki su elektrik stansiyaları bərpa olunan və alternativ enerji mənbələri hesab olunur. İkinci yerdə biotexnologiyalar durur. Bu gün İqtisadiyyat Nazirliyinin tərkibində Bakının Hövsan qəsəbəsində fəaliyyət göstərən və bölgənin yeganə böyük elektrik stansiyası olan 4G texnologiyası bazasında işlənilmiş elektrik stansiyası fəaliyyət göstərir. Burada ildə orta hesabla 200 mln. kV/saat elektrik enerjisi istehsal olunur. Orta hesabla Bakı şəhərindən əldə olunan 500 tondan artıq bərk məişət tullantıları zavodda yandırılaraq elektrik enerjisinə çevirilir", - deyə o vurğulayıb.

N.Yusifbəyli bildirib ki, bu gün regionda və MDB-də ən böyük günəş elektrik stansiyası Naxçıvanda yerləşir. Zavod Naxçıvan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa edilib: "Bu stansiya proqnoz nəticələrinə əsasən, bu il 30 mln. kV/saat elektrik enerjisi istehsal edəcək. Naxçıvan Muxtar Respublikası postsovet məkanında yeganə bölgədir ki, burada istehlakçıların elektrik enerjisinə olan tələbatının 60%-i bərpa olunan enerji mənbələri hesabına ödənilir. Qarşımıza qoyulan hədəf budur ki, 2018-ci ilə kimi Naxçıvan Muxtar Respublikasında istehlakçıların elektrik enerjisinə olan tələbatının 100%-i bərpa olunan enerji mənbələri hesabına təmin olunsun. Bu, Naxçıvan üçün olduqca vacibdir. Çünki məlum səbəblərdən Naxçıvan elə bir bölgədə yaşayır ki, ora yanacağın daşınması çox böyük xərclər çəkilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...