Jurnalist İmdad Əlizadənin atasını maşınla vurub öldürən şəxsə cəza istənildi

Jurnalist İmdad Əlizadənin atasını maşınla vurub öldürən şəxsə cəza istənildi

Jurnalist İmdad Əlizadənin atasını maşınla vurub, ölümünə səbəb olan şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə hakim Samir Məmmədovun sədrliyi ilə keçirilib.

Prosesdə zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə təqsirləndirilən şəxsə 50-yə yaxın sual ünvanlayıb. S.Qarayev sualların bir çoxuna cavab verməyərək imtina edib.

Daha sonra İ.Əlizadə vəsatət qaldırıb. O, DİN-in "Ttəhlükəsizlik Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin videogörüntülərinin əldə olunması üçün məhkəmə tərəfindən sorğu verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə istintaqının başa çatdığı elan olunub və dövlət ittihamçısı çıxış edib. Prokurof S.Qarayevin 3 il müddətinə sürücülük hüququndan məhrum edilmsini və onun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddialarının təmin olunması istəyib.

Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümümi rejimdə çəkməsini tələb edib.

S.Qarayevin vəkili müdafiə çıxışa hazır olmadığını deyib və məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

İttihamda yazılır ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "GAC MİNİK markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələbləri pozaraq, piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiklərini gördüyü halda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyib və həmin avtomobilin qabaq tərəfi ilə piyadaların hər iksini vurub.

Nəticədə o, ehtiyatsızlıqdan Ə.Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çox qəlpəli sınıqları, ağciyərlərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yağıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub.

Digər zərərçəkmiş Ə.Talıbovun sağlamlığına ağır zərər vurmaqla yol nəqliyyatı qaydalarını pozub.

Elan olunmuş ittiham üzrə S.Qarayev özünü təqsirli bilib, amma mülki iddianı qəbul etməyib.

S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb.

Qəzanı törədən şəxs "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...