Valyuta bazarında dollarla əməliyyatların həcmi 20%-dən çox azalıb

Valyuta bazarında dollarla əməliyyatların həcmi 20%-dən çox azalıb

2017-ci ilin 9 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

İcmalda deyilir ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə dollarla valyuta əməliyyatlarının həcmi 20,4%, avro ilə əməliyyatların həcmi isə 7% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin 9 ayı ərzində 281 mln. dollar xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 117 mln. dollar xalis alış həyata keçirilib ki, bu da manatın stabilliyi ilə əlaqədardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...