Nazir şəhid polkovnikin xanımına vəzifə verdi

Nazir şəhid polkovnikin xanımına vəzifə verdi
Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub.

http://old.gundeminfo.az/ yenicag.az-a istinadən xəbər verir ki, Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.

N. Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...