Azercell-lə bu yay daha əyləncəlidir - FOTOLAR
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom abunəçilərinə daha yaxın olmaq üçün bu yay da “Azercell-lə bu yay daha əyləncəlidir” şüarı altında yola çıxıb. Belə ki, regionlarda, eləcə də Bakıda müsabiqələr, rəngarəng əyləncələrdən və hədiyyələrdən ibarət aksiyalar təşkil olunub. 5-ci ildir ki, Azercell Azərbaycanın bölgələrində və paytaxtında maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi xidmətləri hər kəsə tanıdır. Bölgə və paytaxtda həyata keçirilən layihələr Azercell-in öz müştərilərinə daha da yaxın olmasına, qarşılıqlı ünsiyyətinartmasına, onların istəklərini daha dərindən öyrənməyə imkan verir.Azercell əməkdaşları Gəncə, Goranboy, Şəmkir,Tovuz, Ağstafa, Qazax, Göygöl,Mingəçevir, Yevlax, Bərdə, Lənkəran, Cəlilabad, Şamaxı, İsmayıllı, Şəki və Şirvanda abunəçilərlə görüşlər keçirərək, “Bölgə” https://www.azercell.com/az/personal/tariffs/prepaid/bolge/
və “Dəqiqələri sayma – Limitsiz danış”
https://www.azercell.com/az/personal/campaigns/campaigns_calls/limitsizbolge/tarif paketləri ilə onları daha yaxından tanış ediblər.
Bölgələrlə yanaşı, Azercell Bakıda da abunəçiləri üçün unudulmaz yay əyləncəsi təşkil edir. Amburan istirahət mərkəzində keçirilən bu tədbirlər nəticəsində abunəçilər Azercell-lə hər görüş günündə virtual olaraq müxtəlif ölkələrə səyahət edirlər. Belə ki, 15-16 iyul tarixlərində Azercell Amburan istirahət mərkəzinə dəvət almış abunəçilərinə və eyni zamanda istirahət mərkəzinin qonaqlarına Braziliya abu-havasını yaşadıb.
Hərarətli Latın Amerika rəqsləri, kapuero şou, müxtəlif müsabiqələr, maraqlı hədiyyələr, çimərlik futbol yarışması, kokteyl və qəlyanaltılar abunəçilərin zövqünü oxşayıb. 6 avqust tarixində isə Kuba rəqsləri, peşəkar rəqqaslardan master klasslar, limbo yarışması, müxtəlif müsabiqələr, maraqlı hədiyyələr, çimərlik futbol yarışması Azercell abunəçilərinə təqdim olunub.
752 dəfə oxundu