Çovdarovun məhkəməsində agenturaya ayrılan pullar müzakirə edilib

Çovdarovun məhkəməsində agenturaya ayrılan pullar müzakirə edilib

Bu gün ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

İclasda dövlıt büdcəsindən agentura şəbəkəsinin saxlanılması adı ilə 2 milyon 917 min manat pulun mənimsənilməsi epizodu üzrə sənədlər elan edilib. Proses davam edir.

İttihama görə, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin təyinatı üzrə xərclənməyərək ələ keçirilib. General Akif Çovdarov adıçəkilən idarəsinin rəisi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
969 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...