Beş yaşında uşaqlar üçün tədris ödənişsiz olacaq

Beş yaşında uşaqlar üçün tədris ödənişsiz olacaq


2017/2018 dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. APA-nın xəbərinə görə, BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq.

O deyib ki, 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Sektor müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-ı rus bölmələrinin payına düşür.

İ. Abdullayevanın sözlərinə görə, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək ki, bu uşaqlar üçün tədris ödənişsiz olacaq: "2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55 faizini əhatə edib. 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq proqramının 5 yaşında olan uşaqların 90 faizini əhatə etməsi nəzərdə tutulur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...