Yeni süni intellekt təxəyyüldən istifadə edəcək

Yeni süni intellekt təxəyyüldən istifadə edəcək

“DeepMind” şirkəti sonrakı hərəkətlərin planlaşdırılması üçün öz təxəyyülündən istifadə edən yeni süni intellekt yaradıb.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, təsəvvür etmək qabiliyyətinə malik süni intellekt proqramları sonradan ediləcək hərəkətlər barədə düşünərək nəticədə hansı hərəkətlərin daha yaxşı olacağını proqnozlaşdırır.

“DeepMind” saytında “I2As” adlanan süni intellekt proqramlarının yaradıcıları təxəyyül əsasında yeni planlaşdırma yanaşması haqqında məlumat verərək, proqramların təsəvvür və yaddaşdan istifadə etməyi öyrənəcəyi və maraq göstərməyə başlayacağı təqdirdə süni intellektin inkişafının yeni vüsət ala biləcəyini qeyd edirlər.

Məlumata görə, süni intellektin təxəyyül işi “Sokoban” oyunu vasitəsilə yoxlanılıb. Burada oyunçudan qutuları lazımi yerlərə qoymaq tələb olunur. Yerinə qoyulmayan qutunun yenidən ora yerləşdirilməsi qeyri-mümkündür. Bu isə o deməkdir ki, bir səhv uduzmağa səbəb olur. Buna görə yeni süni intellekt oyun meydançasını diqqətlə öyrənərək hadisələrin mümkün inkişaf variantları barədə fikirləşib, variantları nəzərdən keçirdikdən sonra gediş edib.

Videooyunlarda ilk dəfə sınanan proqram qarşıya qoyulan vəzifənin öhdəsindən yaxşı gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...