Depuatın broyler fabrikindəki ölümlə bağlı CİNAYƏT İŞİ AÇILDI - RƏSMİ

Depuatın broyler fabrikindəki ölümlə bağlı

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin deputatı İqbal Məmmədova məxsus olduğu deyilən "Lerik Broyler" MMC broyler fabrikində partlayış olub. Nəticədə kənd sakini Məmmədov Valeh Oruc oğlu dünyasın dəyişib. Əliyev Mehman Ağamir oğlu və Aslanov Akif Oruc oğlu isə yaralanıb.

Baş Prokurorluğundan Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 162.2 maddəsində göstərilri ki, əmək mühafizəsi qaydalarını pozulmasına görə, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...