Bakıda ana körpəsini əmizdirərkən öldü

Bakıda ana körpəsini əmizdirərkən öldü

Bakıda ana körpəsini əmizdirərkən ölüb. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.


Belə ki, Zabrat qəsəbəsində yaşayan 22 yaşlı İbrahimova İlahə Qulu qızı 6 aylıq körpəsini əmizdirərəkən qəfildən yuxuya gedib. Körpənin ağlamasına baxmayaraq ana oyanmayıb. Sonradan ananın körpəni süd ilə qidalandırarkən öldüyü məlum olub.

Ananın ölümünün dəqiq səbəbləri araşdırılır. Bunun üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə ölən şəxsin yaxınları meyiti müayinə olunması üçün morqa təhvil veriblər. Faktla bağlı araşdırmalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...