SOCAR-da işə girmək üçün tanış lazım deyil" - SOCAR-ın vitse-prezidenti
"SOCAR-da işə qəbul olunmaq üçün heç bir vasitə axtarmaq, qohum axtarmaq, tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən".AzVision.az xəbər verir ki, bunu SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov sosial şəbəkədəki hesabında yazıb.
"Hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb varını, yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm, bu mümkün deyil. Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam. Yazılanları ürək ağrısız oxumaq olmur. Əlbəttə aidiyyatı üzrə həmin məktubları hüquq-mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunur.
Amma zərərçəkmiş insanların haqları qaytarılırmı?. Əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz. Öz məqsədlərinə çatmaq üçün bu dələduzlar həyasızcasına təmiz, vicdanlı, zehmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar. İnsanları aldatmaq üçün filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm deyirlər. Yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisən? Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyilmiş".
772 dəfə oxundu