Zavodun yanından keçən 12 nəfər zəhərləndi - Sumqayıtda

Zavodun yanından keçən 12 nəfər zəhərləndi -
Sumqayıtda kütləvi zəhərlənmə baş verib. Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə baş verib. Həmin ərazidən keçən 12 nəfər zəhərlənib.

GÜNDEMİNFO.Az xeberle.com-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Həsənova Hədiyyə Mehman qızı, 1987-ci il təvəllüdlü Həsənov Hüseyn Mehman oğlu, 1972-ci il təvəllüdlü Abdullayeva Mətanət Hacı qızı, 1999-cu il təvəllüdlü Novruzov Talıb Rəşad oğlu, 1969-cu il təvəllüdlü Aslanova Zabər Bəşir qızı, 1986-cı il təvəllüdlü Mürsəlov Ramiz Rüstəm oğlu, 1977-ci il təvəllüdlü Abdullayev Ariz Hacı oğlu, 1963-cü il təvəllüdlü Məmmədov Ruslan Alik oğlu, 1984-cü il təvəllüdlü Muxtarov Seymur Muxtar oğlu, 1983-cü il təvəllüdlü Məmmədov Məhəmməd Əliəkbər oğlu, 1978-ci il təvəllüdlü Məmmədov Müqabil Əliəkbər oğlu və 1999-cu il təvəllüdlü Dadaşov Akif Asif oğlu kimyəvi maddə ilə kəskin inqalyasion zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Zəhərlənənlərdən 11 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Abdullayeva Mətanət Hacı qızının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib və sonradan palataya köçürülüb.

İlkin ehtimala görə onlar Hacı Zeynalabdin qəsəbəsi istiqamətində olarkən müəssisələrdən birinin qarşısından keçərkən zəhərləniblər. Məlumata görə, havaya tüstü buraxılıb və məhz bu səbəbdən də məlum hadisə baş verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...