"Forbes" Rusiyanın ən varlı qadın məmurlarının reytinqini tərtib edib
"Forbes" jurnalı Rusiyanın ən varlı qadın məmurlarının reytinqini tərtib edib.
"Report" xəbər verir ki, "top-10"a daxil olan məmurların ümumi gəliri təqribən 220 milyon rubl (6,2 milyon manat) təşkil edib.
İlk onluqda yer alanların çoxu Dövlət Dumasının üzvləridir. Belə ki, "top-10"un 7 pilləsini onlar "zəbt ediblər".
Reytinqə Rusiya parlamentinin aşağı palatasının üzvü, "Vahid Rusiya" Partiyasından deputat olan Tatyana Solomatina rəhbərlik edir. O, bir il ərzində 56,2 milyon rubl (1,6 milyon manat) qazanıb.
Siyahıya həmçinin Federasiya Şurasından iki qadın daxil edilib: Tıva Respublikasının nümayəndəsi və Anatoli Sobçakın dul həyat yoldaşı Lyudmila Narusova 28,7 milyon rubl (812 min manat) ilə ikinci, Federasiya Şurasının sədri Valentina Matviyenko isə 22,9 milyon rubl (648 min manat) ilə dördüncü yerdə qərarlaşıb.
Nazirlər Kabinetindən zəngin qadınlar siyahısına yalnız baş nazirin müavini Olqa Qolodets (15,6 milyon rubl və ya 441 min manat) düşüb və o, yeddinci yeri tutub.
Qeyd edilib ki, Prezident Administrasiyasının heç bir nümayəndəsi bu reytinqdə yer almayıb. Administrasiyada ən yüksək gəlir prezidentin köməkçisi Larisa Brıçevada qeydə alınıb - 7,7 milyon rubl (217 min manat).
801 dəfə oxundu