Ramiz Göyüşovun bank işçisi oğlunun evini yardılar: Pul və qızıllar oğurlandı

Ramiz Göyüşovun bank işçisi oğlunun evini yardılar:

Bakıda mənzildən oğurluq olub. Gundeminfo.az report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.

Həmin küçədəki evlərdən birində yaşayan Rəşad Göyüşovun mənzilindən 2 200 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır. Qeyd edək ki, Rəşad Göyüşov "Muğanbank”da çalışır. O, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun oğludur.


Ramiz Göyüşovun bank işçisi oğlunun evini yardılar:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...