“Qazprom” və Macarıstan “Türk axını” ilə bağlı saziş imzalayıb

“Qazprom” və Macarıstan “Türk axını” ilə bağlı saziş imzalayıb

Rusiyanın “Qazprom” şirkəti ilə Macarıstan arasında “Türk axını” boru kəməri layihəsi üzrə qaz nəqli ilə bağlı saziş imzalanıb.

“Report”un RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Macarıstanın MTI informasiya agentliyinə bu ölkənin xarici işlər və əlaqələr naziri Peter Siyarto bildirib.

“Macarıstan “Türk axını” ilə qaz nəqlini ən optimal ssenari hesab edir. Qazın nəqlinin digər variantları (Rumıniya və ya Xorvatiya ərazisindən) hələ işlənilməyib. Buna görə də Macarıstan cənubdan qaz almaq marağındadır”, - nazir qeyd edib.

Agentliyin məlumatına görə, “Türk axını” layihəsinin Macarıstana qədər davamı 2019-cu ilin sonuna kimi inşa olunacaq.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru kəmərinin dəniz hissəsinin uzunluğu 910 km, Türkiyə ərazisində quru hissəsinin uzunluğu isə 180 km hesablanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...