Mingəçevirdə təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

Mingəçevirdə təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var


Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə "VAZ-2110" markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, "KİA" markalı avtomobilin sürücüsü M.İsmayılov və "VAZ-2110" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1031 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...