Hüseynbala Mirələmov xəstəxanadan evə buraxıldı
Hüseynbala Mirələmov artıq evə buraxılıb. Səhhətində ciddi problem yoxdur. Hər şey qaydasındadır”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Hadı Rəcəbli deputat həmkarı Hüseynbala Mirələmovun səhhətində yaranan problemə aydınlıq gətirərkən deyib.
Hadı Rəcəblinin sözlərinə görə, Hüseynbala Mirələmov istirahət etdiyindən telefonlara cavab vermir.
"Hüseynbala Mirələmov həkim nəzarəti altında evində istirahət edir. Ona görə də hələ ki yanına çox adam buraxmırlar. Həm də Hüseynbala Müəllim yaradıcı insandır. Onu yaxından tanıyan biri kimi deyə bilərəm ki, o, səhər saat 5-dən durub yazılar yazır, yaradıcılıqla məşğul olur. Bu cür yaradıcı insan çox az yuxu yatır. Ona görə də hələlik bir müddət Hüseynbala müəllimə dincəlmək lazımdır. İnşallah tam sağalandan sonra yenidən işlərinin, yaradıcılığının başında duracaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov insult səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.
1098 dəfə oxundu