OPEC: Azərbaycanda orta sutkalıq neft hasilatı 80 min barel azalıb

OPEC: Azərbaycanda orta sutkalıq neft hasilatı 80 min barel azalıb

Mart ayı ilə müqayisədə 2017-ci ilin aprelində Azərbaycanın sutkalıq neft hasilatı 40 min barel artaraq orta hesabla 80 mln. barelə çatıb.

"APA-Economics" OPEC-in hazırladığı "Neft bazarlarına dair aylıq hesabat"ına istinadən xəbər verir ki, buna baxmayaraq, bu rəqəm ötən illə müqayisədə sutkalıq 80 min barel azdır.

Hesabatda bildirilir ki, Xəzərin Azəri-Çıraq-Günəşli yataqlar blokunda hasilatın 16%-dən çox azalması ümumi hasilatın aşağı düşməsinə səbəb olur.

Bütövlükdə, OPEC bu il Azərbaycanda sutkalıq neft hasilatının ötən illə müqayisədə 60 min barel azalaraq orta hesabla 0,78 mln. barelə çatacağı proqnozlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...