"İstəmirəm ki, cənab Prezidentin imzaladığı sərəncamı şərh edim"

"İstəmirəm ki, cənab Prezidentin imzaladığı sərəncamı şərh edim"


Bu sözləri Azərbaycanın Baş Nazirinin müavini Abid Şərifov ölkə başçısı İlham Əliyevin Prezident Administrasiyasında struktur dəyişikliyi edilməsi ilə bağlı imzaladığı sərəncama münasibət bildirərkən deyib.

Gundeminfo.az yazır ki, A.Şərifov "Ölkə.Az"-a qısa açıqlamasında sözügedən islahatların bütün əhali tərəfindən müsbət qarşılandığını söyləyib:

"Əvvəla, istəmirəm ki, cənab Prezidentin imzaladığı sərəncamı şərh edim. Çünki dövlət başçısı nəyin necə olduğunu hamımızdan yaxşı bilir. Digər tərəfdən isə, cənab Prezidentin həyata keçirdiyi son struktur islahatları ölkəmizi daha da inkişafa aparacaq. Mənim kimi, hər kəs buna əmindir".

Baş nazirin müavini həmçinin qeyd edib ki, ölkə başçısının Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezident təyin etməsi haqqında sərəncamı da birmənalı olaraq düzgün və vaxtında atılmış uğurlu addımdır:

"Mehriban xanım Əliyeva dünyada tanınan və böyük nüfuz qazanmış azərbaycanlıdır. Onun bu vəzifəyə təyin olunması Azərbaycan xalqının ürəyindən olan addımdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
915 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...