“Əhali qənaət etmək istəmir” - Hadı Rəcəbli

“Əhali qənaət etmək istəmir” -


"Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. Biz əmək tutumlu iş yerləri yaratmaq haqqında fikirləşirik".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransında deyib.

Deputat Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı problemə də toxunub:

"Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən. Bizdə isə bu məsələ hələ də sovet psixologiyası ilə idarə olunur. Bizim insanlar qənaət etmək istəmirlər, qənaətçiliyi ayıb sayırlar. Bütün bunlar bizi düşündürməlidir və gənclərimizə də bu keyfiyyətləri aşılamalıyıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...