İcra başçısı qəzada ölən qardaşından danışdı

İcra başçısı qəzada ölən qardaşından danışdı


Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb.

İcra başçısı “Qafqazinfo”ya bildirib ki, qardaşının ürəyində problem var idi: “Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu. Ona deyirdilər ki, maşın idarə etmə”.

L. Babayev qəzanın baş vermə şəraitindən də bəhs edib:

“Maşın yoldan çıxaraq çəmənliyə düşüb və qardaşımı kənara atıb. O da başına aldığı zərbədən dünyasını dəyişib. “Lexus” markalı maşın idarə edirdi. O, Novosibirsk Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti idi. 2 oğlu var. Vladimir Putin ona ən yüksək ali dövlət mükafatı vermişdi. Cənazəsi sabah Bakıya gətiriləcək və Mingəçevirdə dəfn olunacaq.

Mərhumun yası da Mingəçevir şəhərində olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...