Natiq Əliyevin vəziyyəti stabilləşib

Natiq Əliyevin vəziyyəti stabilləşib


Ürəyində yaranmış problemlə bağlı Türkiyədə müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin vəziyyəti sabitdir.

"APA-Economics"in əldə etdiyi məlumata görə, həkimlərin səyi nəticəsində nazirin vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunur.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...