“Əri "MTN-şik" olan hakimin əli ilə…” - İş adamından ədliyyə nazirinə müraciət

“Əri "MTN-şik" olan hakimin əli ilə…” -


Tanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanlarından biri olan Maqsud Mahmudov Ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

İş adamı müraciətində qeyd edib ki, 06.06.2017-ci ildə, saat 11:35-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesin keçiriləcək. İş adamı qeyd edib ki, Nərimanov Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi cinayətkar şəbəkənin ona vurduğu ziyanın geri qaytarılmasına dair qərar çıxarıb:

"Hörmətli nazir və Ali Məhkəmənin sədri! Keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadə məni aldadaraq və hədə-qorxu gələrək avtomobilimi və restoranımı öz yaxını Azər adlı şəxsin adına keçirib. Məndə olan məlumata görə, hakim Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-nin polkovniki olub və hazırda sərəncamdadır. Ələ etdiyim məlumata görə, bu şəxs mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir.

Bunlar istəyirlər ki, Nərimanov və Apellyasiya Məhkəməsinin məni zərərçəkən kimi tanıması və dəyən ziyanın qaytarılması ilə bağlı çıxardığı qərarı dayandırsınlar. Həmin qərarda keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadəyə cinayət işinin qaldırılması da qeyd edilir. Mənə daxil olan xəbərə görə, qarşı tərəf çalışır ki, hakim Mehparə Əhmədovanın vasitəsilə bu qərarları ləğv etdirsinlər və Cavid Quluzadənin adamı olan və restoranımın adına rəsmiləşdirildiyi Azər adlı şəxsin adına olan çıxarışı hüquqi qüvvədə saxlasınlar.

Sizdən xahiş edirəm ki, sabah keçiriləcək məhkəmə prosesini nəzarətinizə götürəsiniz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...