Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 1319 sürücü cərimələnib

Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 1319 sürücü cərimələnib


Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb: “Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, bu gün saat 12.00-dan etibarən xüsusi zolaqlarla bağlı məhdudiyyət aradan qaldırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...