Bakıda Böyük Britaniya bayrağı endirildi

Bakıda Böyük Britaniya bayrağı endirildi

Mançester şəhərində baş verən partlayışla əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib. Bu barədə AzVision.az-a Birləşmiş Krallığın Bakıdakı səfirliyindən bildiriblər.

“Mançesterdə kədərli bir gün. Bizi düşündüyünüz və riqqət dolu mesajlarınıza görə sizə minnətdarıq”, - deyə səfirliyin rəsmi “Facebook” səhifəsində qeyd olunub.

Qeyd edək ki, ötən gün İngiltərənin Mançester şəhərində konsert zamanı terror aktı törədilib.Baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Terror aktının terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Terrror aktı “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənni xəsarət almayıb.

Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...