Ekspert: "İranda keçirilən prezident seçkiləri sensasiya yaratmadı" - ŞƏRH

Ekspert: "İranda keçirilən prezident seçkiləri sensasiya yaratmadı" -


İranda keçirilən seçkilərdə hazırkı prezident Həsən Ruhaninin qələbə qazanması onun son dörd ildə etdiklərinin davam etdirilməsinə ehtiyac yarandığını göstərir.

Bu barədə "Report"a politoloq Tofiq Abbasov İranda keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib.
"İranda prezident seçkiləri sensasiya yaratmadı. Analitiklərin elə ilk turda qələbə qazanacağını proqnozlaşdırdığı Həsən Ruhani proqnozları doğrultdu. Onun qələbəsi ölkə daxilində siyasi ab-havanın necə olduğunu, eləcə də ölkənin regional bölgüdəki rolunu və əhəmiyyətini göstərir", - deyə T.Abbasov vurğulayıb.

Onun sözlərinə görə, İran öz yolu ilə gedən və prinsipcə, çox məhdud sayda xarici müttəfiqi olan ölkədir. "Ölkə yalnız özünə güvənmək məcburiyyətindədir", - o əlavə edib. Ekspert bildirib ki, ölkənin siyasi fəal qüvvələri bunu başa düşür və elə buna görə də özünü təminetmə paradiqmasına bel bağlayır.

"Bu mənada, Ruhaninin qələbəsini təmin edənlər onun son 4 il ərzində etdiklərinin davam etdirilməsinin zəruriliyini anlayır. Ruhani müəyyən mənada kompromis ustası hesab edilir və İranla "altılıq" arasında nüvə proqramı ilə bağlı Vyana sazişindən sonra ölkənin xarici təzyiqlərə məruz qalmaması üçün Ruhaniyə etimad göstərilməsi milli seçicilərin ən doğru və praqmatik seçimi kimi görünür", - T.Abbasov fikrini yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...