Qazaxıstanın Azərbaycan Beynəlxalq Bankında 400 mln. manata yaxın pulu qalıb

Qazaxıstanın Azərbaycan Beynəlxalq Bankında 400 mln. manata yaxın pulu qalıb
Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun bir qədər əvvəl xarici borclarını restruktizasiya etməyə qərar vermiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) 71 mlrd. tengedən çox (bugünkü məzənnə ilə 383,4 mln. manat) pulu qalıb.

Bu barədə “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu ölkənin Xarici İşlər Nazirliyi həmin vəsaitin geri qaytarılması üçün Azərbaycan tərəfi ilə diplomatik kanallar vasitəsilə aktiv əməkdaşlıq etməyə qərar verib. Rəsmi Astana ABB-nin qiymətli kağızlarına qoyulmuş pulların batacağından ehtiyat edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...