Sovet istehsalı olan avtomobil sahibləri cərimə olunacaq — XƏBƏRDARLIQ

Sovet istehsalı olan  avtomobil sahibləri cərimə olunacaq —


Yol polisi MDB ölkələrində istehsal edilən minik avtomobillərinin sürücülərinə sərt xəbərdarlıq edib.

“VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobillərinin texniki baxışdan keçmək müddəti 1″VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobillərinin texniki baxışdan keçmək müddəti 15 gündür yekunlaşsa da, sürücülərin bəziləri avtomobillərini yoxlatdırmır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər saxlanılanda ‘vaxtım yoxdur’, ‘xəbərim olmayıb’ kimi bəhanələr gətirirlər. Amma bu bəhanələr onalara cərimə yazmağa mane olmayacaq.

Vaqif Əsədov deyir ki, sovet avtomobillərində təkərlərə qoyulan standartlara əksər hallarda əməl edilmir. Bölmə rəisi sürücülərə tezliklə texniki baxışdan keçməyə dəvət edir.

Əks halda belə sürücülərə cərimə protokolları yazılacaq. (xəzərtv)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...