"Mənzillərin veriməsində Prezident Administrasiyası tərəfindən obyektiv seçim aparılacaq"
"Obyektiv seçim olması üçün namizədlərin sayı artırılıb".
APA-nın məlumatına görə, bunu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri, jurnalistlər üçün tikilmiş binada mənzillərin verilməsi üçün qayda və şərtləri müəyyənnləşdirən Komissiyanın sədri Vüqar Səfərli deyib. O bildirib ki, keçən dəfə kütləvi informasiya vasitələrinə həmin KİV-ə veriləcək mənzillərin sayı qədər namizədlərin müəyyənləşdirilməsi səlahiyyəti verilib: "Bu dəfə isə obyektivlik üçün namizədlərin sayı artırılıb. Ancaq bu, o demək deyil ki, KİV-in namizədliyini irəli sürdüyü şəxslərin hamısına mənzil veriləcək. Prezident Administrasiyası tərəfindən obyektiv seçim aparılacaq. Bizim Komissiyanın işi sadəcə, sənədləri toplayıb, Prezident Administrasiyasına təqlim etməkdir".
Komissiyanın üzvü, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qaydalarda televiziya və radio yayımçılarına 10 namizəd irəli sürülməsinin əksini tapdığını xatırladıb: "Ancaq mən də qeyd etmək istəyirəm ki, 10 namizədin irəli sürülməsi o demək deyil ki, 10 namizədin hamısına mənzil veriləcək".
Qeyd edək ki, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər.
911 dəfə oxundu