Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı təsdiqlənib

Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı təsdiqlənib


Nazirlər Kabineti “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin siyahısına ambulator tibbi xidmət, stasionar tibbi xidmət, səyyar tibbi xidmət, sanatoriya-kurort müəssisələrində tibbi xidmət və tibbi profilaktika xidməti daxildir.

Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərin siyahısına isə terapiya üzrə terapevtik,
pulmonoloji, diyetoloji, herontoloji, kardiologiya üzrə kardioloji, qastroenterologiya üzrə qastroenteroloji, nefrologiya üzrə nefroloji, endokrinologiya üzrə endokrinoloji, revmatologiya üzrə revmatoloji, hematologiya üzrə hematoloji, allerqologiya üzrə allerqoloji, immunologiya üzrə immunoloji, nevropatologiya üzrə nevropatoloji, psixiatriya üzrə psixiatrik, narkologiya üzrə narkoloji, dermatologiya üzrə dermatoloji, kosmetoloji, fizioterapiya üzrə fizioterapevtik, ümumi cərrahiyyə üzrə ümumi cərrahi,
neyrocərrahiyyə üzrə neyrocərrahi, ürək-damar cərrahiyyəsi üzrə ürək-damar cərrahi, plastik cərrahiyyə üzrə plastik cərrahi, uşaq cərrahiyyəsi üzrə uşaq cərrahi, urologiya üzrə uroloji, travmatologiya-ortopediya üzrə travmatoloji-ortopedik, anesteziologiya-reanimatologiya üzrə anestezioloji-reanimatoloji, toksikoloji, mama-ginekologiya üzrə ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), doğuşa yardım, stomatologiya üzrə terapevtik stomatoloji, cərrahi stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, diş texniki, üz-çənə cərrahiyyəsi üzrə üz-çənə cərrahi, pediatriya üzrə pediatrik, şüa diaqnostikası üzrə rentgenoloji, radioloji, nüvə-maqnit rezonansı, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, oftalmologiya üzrə oftalmoloji, otorinolarinqologiya üzrə otorinolarinqoloji, patoloji anatomiya üzrə histomorfoloji, genetika üzrə genetik, epidemiologiya üzrə dezinfeksiya, dezinseksiya, deratizasiya, mikrobiologiya üzrə mikrobioloji, virusoloji, laboratoriya üzrə klinik, klinik-biokimyəvi və immunogenetik işlər daxil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...