Naxçıvan üçün nəzərdə tutulan dotasiya 35 milyon manat azaldılır

Naxçıvan üçün nəzərdə tutulan dotasiya 35 milyon manat azaldılır
Gələn ilin dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilməsi nəzərdə tutulan dotasiyanın həcmi dəyişib.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə 320 milyon 529 min manat dotasiya (transfertin yuxarı həddi) nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu məqsədlə 285 milyon 713 min manat ayrılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...