Tərtərdə Ümummilli Liderin anım günü münasibəti ilə ehsan süfrəsi açılıb

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, ziyalılar, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, və rayon sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov çıxış edərək Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışıb. Qeyd olunub ki, yalnız yüksək amallara sadiq, möhkəm əqidəli, dəmir iradəli insanlar böyük şəxsiyyət kimi tarixin yaddaşında əbədiləşmək hüququ qazanırlar. Ulu Öndər də belə əbədiyaşarlardan biridir. O, müstəqil Azərbaycanın qurucusu, yaradıcısı və dünya şöhrətli liderdir.
Heydər Əliyev şanlı adını təkcə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazmadı. O, iki əsrin, iki minilliyin qovşağında cərəyan edən qlobal beynəlxalq proseslərə bu və ya digər mənada sirayət etmək qüdrətinə malik nadir şəxsiyyətlərdən biri kimi böyük nüfuz və sönməz şöhrət qazandı. Həyat və fəaliyyəti müasirləri tərəfindən layiqincə qiymətləndirilsə də, onun müqayisəyəgəlməz danılmaz xidmətlərinin, xüsusən azərbaycançılıq amalları uğrunda mübarizliyinin əsil mahiyyəti bir çox yüzilliklər sonra daha dərindən dərk olunacaq.
Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin xalqımıza bəxş etdiyi ən böyük sərvətdir. Yeri gəlmişkən Türkiyə Böyük Millət Məclisinin millət vəkili Aysel Köksoyun Ümummilli lider haqqında dediyi sözləri yada salmaq istəyirəm: “Türkiyəlilərin Atatürk kimi bir lideri vardır, azərbaycanlılar da xoşbəxtdirlər ki, onlar Heydər Əliyev kimi bir liderin ətrafında sıx birləşmişlər. Məhz buna görə həm türkiyəlilər, həm azərbaycanlılar öz talelərinə minnətdar olmalıdırlar”.
Heydər Əliyevin nəsillərə örnək olan mənalı ömür yolunun maraqlı anları, həsas məqamları çoxdur.
Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan, bu gün ata vəsiyyətini yerinə yetirən möhtərəm prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti ilə davam etdirilən müstəqil dövlət quruculuğu siyasətinin, hərtərəfli islahatlar kursunun ardıcıllıqla və dönmədən inkişafı, insan və vətəndaş azadlıqlarının təmin olunduğu sivil cəmiyyətin formalaşması Azərbaycanın qüdrətlənməsi üçün başlıca amildir.
Ulu Öndər “Mən fəxr edirəm ki,azərbaycanlıyam,”-deyirdi. Hər bir Azərbaycan vətəndaşı isə fəxr edir ki, Heydər Əliyev kimi müdrik Lideri var. Nə qədər Azərbaycan var, Ümummilli lider xatırlanacaq, xalq öz oğlunu heç vaxt unutmayacaq.
Sonra ağsaqqallar şurasının sədri sözü rayon rəhbərinə verib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad olunur. Bu günlərdə keçirilən çoxsaylı tədbirlər də buna sübütdür. Azərbaycanın hər bir vətəndaşı dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu fenomen şəxsiyyəti unutmayacaqlar. Rayon rəhbəri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyduğunu bildirib.
Mərasimdə YAP rayon təşkilatının sədri Eldar Əsədov və şəhid Ruslan Lalayevin atası, birinci Qarabağ müharibəsi əlili Akif Lalayev də çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən, yaradıcısı Ulu Öndər olan Yeni Azərbaycan Partiyasının fəaliyyətindən danışıblar.
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsi oxunub.
252 dəfə oxundu