Azərbaycanda müflis olmaq daha asan olacaq

Azərbaycanda müflis olmaq daha asan olacaq
Azərbaycanda biznesin müflisləşməsi və bununla əlaqədar olan proseslərin sadələşdirilməsi ilə bağlı müzakirələr davam edir.

Gundeminfo.az xəbər verir ki, ötən həftə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupu Azərbaycan Auditorlar Palatasının dəstəyi ilə auditorlarla görüş keçirib.

Qeyd edək ki, bu işçi qrupuna Ədliyyə Nazirliyi rəhbərlik edir, nazirliyin yaydığı məlumata görə, görüşdə İşçi Qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı və İşçi Qrupun üzvləri auditorlara bu proses və gözlənilən yeniliklər barədə geniş məlumat veriblər.

Belə ki, görüşdə sahibkarlıq subyektlərinin sağlamlaşdırılması və müflisləşməsi prosesində əmlakların qiymətləndirilməsi ilə bağlı auditorların rolu barədə məlumatlar verilib, bu sahədə aparılan islahatlar və yeniliklər dinlənilib, auditorları onları maraqlandıran suallar cavablandırılıb və bu sahədə qanunvericiliyə edilən dəyişikliklər açıqlanıb.

Qeyd edək kİ, Azərbaycanda bir sıra sahədə aparılan təkmilləşmələr Dünya Bankının beynəlxalq iqtisadi qiymətləndirmə indeksi üzrə aparılır.

Əvvəllər bu indeks “Doing Business” hesabatı idi, amma 2023-cü ildən sonra indeks dəyişdirilib və «Bisiness Ready» adlanır, bura yeni meyarlar da əlavə edilib, onlardan biri müflisləşmə prosesinin nə qədər sadə və şəffaf olmasıdır.

«Business Ready» hesabatında biznes sektoruna birbaşa və dolayısı ilə aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, maliyyə, ədliyyə, məhkəmə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında ölkənin reytinqi müəyyən ediləcək.

Borcunu ödəməyən şirkətə qarşı ən yaxşı üsul – MÜFLİSLƏŞMƏ VƏ İFLAS İDDİASI

Görüşdə Azərbaycanda müflisləşmə prosesində tətbiq ediləcək yeniliklər, o cümlədən bu sahədə dövlət xidmətlərin rəqəmsallaşdırılması, müflis prosesində olan sahibkarlıq subyektlərinə tətbiq olunacaq vergi güzəştləri, sahəvi qanunvericiliyin təkmilləşdirilməsi barədə barədə geniş məlumat verilib.
fed.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...