“Sea Breeze”in 30 manata yığılan mebelləri - NƏ BAŞ VERİR?
Bu gün “Sea Breeze”in 31-ci dalanına yazılı, virtual səyahət edəcəyik. Bu səyahətdə sözügedən daşının və olmayan ara divarlarının necə dalandığını danışacağıq.
Kommersant.az "Sea Breeze"in yeni tikililəri ilə bağlı bir neçə məlumat əldə edib. Məlumata görə, 31-ci dalanda inşa edilən binalar "yüksək keyfiyyətə" cavab verir. Keyfiyytin dırnaq içində olmasına təəccüblənməyin. Binaların əsas divarları qırmızı kərpicdən, mənzillərin ara kəsmələri isə alçıpandan ibarətdir. Bəli, düz oxuyursunuz, bildiyimiz alçıpan. Arakəsməsi alçıpan olan divarların tək müsbət cəhəti "divarın" düz görünməsidir. Mənfi xüsusiyyətləri isə bir balaca çoxdur. Məsələn, alçıpan divara televizor, ağır tablo və s. kimi əşyalar asmaq olmur. Otaqda ən kiçik səs digər otaqdan rahat eşidilə bilər. Divara ağır zədə olanda birbaşa digər otağa deşik açıla bilər və s. Bu saydıqlarımız "Sea Breeze"in yeni inşa etdiyi binalardakı mənzillərin divarındakı ucuzluğun bir hissəsidir. Necə deyərlər, aysberqin görünən tərəfidir.
ELEKTRİK VƏ SANTEXNİK İŞLƏRİ
İndi isə mənzillərdəki ən təhlükəli və ən vacib mövzuya gələk: elektrik və santexnik işləri. Niyə vacib? Çünki, bu iki işin keyfiyyəti ucuz olanda divar altından gedən xətlər yenilənməli, bunun üçün də bütün mənzil yenidən sökülüb təmir olunmalıdır. "Sea Breeze"in 31-ci dalanındakı mənzillərdə isə bu tam olaraq belədir. Məsələn, normalda elektrik xətləri tavandakı elektrik izolyasiya boruları vasitəsilə yuxarıdan aşağıya doğru paralel xətlər əsasında çəkilərək "rozetkalara" gəlir. Mənzillərdə isə elektrik xətləri ortada, aşağıdan yuxarıya çəkilib. Bu da mənzildə divarlara nəsə asmaq fikrinə düşən vətəndaşa təhlükə yaradacaq. Çünki, elektrik xətlərinin tam olaraq haradan keçdiyini bilməyən vətəndaş divarı deşmək istəsə, birbaşa elektrik xətinə təmas edə bilər. Bundan başqa, sözügedən mənzillərdə elektrik paylayıcıları sanuzel qovşağından paylanır. Bu da ayrı bir təhlükədir. Çünki, sanuzellərdə olan nəm müəyyən müddət sonra elektrik xətlərini sıradan çıxara bilər.
İsti döşəmənin kollektor sistemi dəhlizdə, kombi sistemi isə balkonda yığılıb. Yəni, kombi isti suyu əvvəlcə dəhlizdəki kollektora ötürməli, kollektor da evin otaqlarına paylamalıdır. Bu uzun-uzadı sistemə görə kombi daha çox güc sərf edərək işləməlidir. Qaz təsərrüfatının artması isə mənzil sahibinin daha çox qaz pulu ödəməsinə gətirib çıxaracaq.
MEBEL AVADANLIQLARI
Lyuks kimi satılan mənzillər əşyalı olaraq alıcılara təqdim olunur. Əşya da, nə əşya...
"Embawood" mağazalarından alının mebel əşyaları 1 metr üçün 20-30 manat ödənməklə kənardan gətirilən ustalar tərəfindən qurulur. Əldə olunan məlumata görə, mebel əşyaları zərbəyə davamlı deyil və tez sıradan çıxır.
Qeyd edək ki, məlumata əsasən, sözügedən işlərdən Emin Ağalarovun xəbəri yoxdur. Çünki, 31-ci dalanda nümunə mənzil təhvil verilmədiyindən şirkət rəhbərliyinin buraya ziyarəti baş tutmayıb.
Digər görülən işlərlə bağlı foto və video tezliklə dərc olunacaq, ardı var...
210 dəfə oxundu