Rayon rəhbəri 5 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə tanış olub

Rayon rəhbəri 5 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə tanış olub

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 5 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə yerində tanış olub, müvafiq tövsiyyə və tapşırıqlarını verib. Rayon İcra Hakimiyyətdən "Gundeminfo.az"-a verilən məlumata görə, 360 şagird yerlik Tərtər şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının tikintisi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 1752 nömrəli Sərəncamına uyğun olaraq aparılır.
Məktəb binası iki mərtəbədən və zirzəmidən ibarətdir. Binanın ümumi tikinti sahəsi 2879,1 kvadratmetrdir. Məktəb binasında sinif otaqları, kimya, biologiya, fizika laboratoriyaları, informatika kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati və əmək otaqları yaradılacaq. Binanın yeni dərs ilinin başlanmasına istifadəyə verilməsi nəzərdə tutulub.
Rayon rəhbəri 5 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə tanış olub
Rayon rəhbəri 5 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə tanış olub
Rayon rəhbəri 5 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə tanış olub

Məktəbin direktoru Arzu Babayeva məktəb üçün yeni binanın tikintisinə görə məktəbin kollektivi və valideyinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...