Şəhid baş leytenant ölümü ilə şagirdlərinə vətənpərvərlik dərsi keçdi - VİDEO

Şəhid baş leytenant ölümü ilə şagirdlərinə vətənpərvərlik dərsi keçdi -


Şəhid baş leytenant Rabil İsmayılov ixtisasca riyaziyyat müəllimi olub.

Ehtiyatda olan zabit Xocavənd istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib.

O, igidliyi ilə öz şagirdlərinə əsl qəhrəmanlıq nümunəsi göstərib.

Şəhidin çalışdığı Mikayıl Muşfiq adına 14 saylı orta məktəbdə dərin bir hüzün var. Müəllim yoldaşları onun ölümünə inana bilməsələr də, tək təsəlliləri Rabilin vətən üçün şəhidlik zirvəsinə yüksəlməsidir. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün dərs dediyi sinifə onun adı verilib.

Bu gün qəhrəman şəhidlə şagirdləri fəxr edir. Rabil müəllim vətən sevgisini şagirdlərinə öz canı ilə aşılayıb.

Daha ətraflı Baku TV-nin videoreportajında:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...