“Bakının mərkəzində Nuru Paşanın heykəli qoyulsun” - Bunu xalq istəyir...

“Bakının mərkəzində Nuru Paşanın heykəli qoyulsun” -

Bu gün - 15 sentyabr Bakının erməni-rus daşnaklarından xilas edilməsinin 102-ci ildönümüdür. 102 il əvvəl məhz bu gün Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvəllərindən ibarət Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu möhtəşəm qələbə hər il ölkəmizdə qeyd edilir.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Məktubda qeyd edilib ki, həmin dövrün çətinliklərinə baxmayaraq, qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəməyib. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olunub.

Sitat: “Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir”.

“TV Musavat”ın əməkdaşları mövzu ilə bağlı Bakı sakinlərinin rəyini öyrənməyə çalışıb. Respondentlərin maraqlı cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...