“Bavariya” 13 milyon ödədi - 17 yaşlı kanadalıya görə

“Bavariya” 13 milyon ödədi -

"Bavariya” MLS-də çıxış edən "Vankuver Uaytkeps” klubunun 17 yaşlı hücumçusu Alfonso Devislə anlaşıb.

Unikal.org xəbər verir ki, kanadalı futbolçu 2019-cu ilin yanvarından münhenlilərə qoşulacaq. "Bavariya” onun transferi üçün 13 milyon dollar ödəyib. Bu da MLS-də rekord göstərici sayılır. "Vankuver” əlavə olaraq 2 milyon dollar da bonus şəklində qazana bilər.

Alfonsonu PSJ də almaq istəyirdi. Paris klubu ona görə 16 milyon dollar vermək istəsə də, "Bavariya” onu qabaqlayıb.

Hücumçu ötən mövsüm MLS-də keçirdiyi 20 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...