BDU-da “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans başlayıb

BDU-da “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans başlayıb

Bakı Dövlət Universitetində (BDU) Türkiyə, Böyük Britaniya və Avstraliyanın Azərbaycandakı səfirliklərinin universitetlə birgə təşkil etdikyi “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans başlayıb.

BDU mətbuat və informasiya şöbəsindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov Çanaqqala qələbəsinin 100-cü ildönümünə dair ali məktəbdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Rektor Mustafa Kamal Atatürkün və silahdaşlarının apardıqları mübarizədən bəhs edərək Osmanlı İmperatorluğunun dağıntılarının yerində çağdaş bir dövlət yaradılmasının önəmini xüsusi vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Çanaqqalada Avropa dövlətlərinə qarşı aparılan qəhrəmanlıq mübarizəsindən, bu qələbənin əhəmiyyətindən danışıb.

Daha sonra Böyük Britaniyanın və Avstraliyanın ölkəmizdəki səfirləri İrfan Siddiq və Ceyms Martin Larsenin çıxışları dinlənilib.

Türkiyənin Çanaqqala 18 mart Universitetinin təsisçi-rektoru, professor Ahmet Mete Tuncoku Çanaqqala zəfərinin tarixi haqqında məruzə nitqi ilə çıxış edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...