“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - İDDİA

Bir müddət bundan öncə Nəsimi rayonu Cavadxan küçəsində - “Əcəmi” metrosunun üstündəki “Şəki” kafesinin sökülərək onun yerində nəhəng obyektin inşasına başlanılması ilə bağlı mətbuatda yazılar dərc olundu. Kafe ərazisindəki ağacların kəsilməsi ilə bağlı yaranan ajiotaj qısa müddət sonra unudulsa da, hazırda bu obyektdə aparılan tikinti işi daha böyük və daha ciddi problemlərə səbəb olmaqdadır."
TEREF yazır ki, bunları redaksiyamıza daxil olan məqalədə müəllif qeyd edib. Müəllif daha sonra yazır:
"Vaxtiylə yüngül konstruksiyadan inşa edilən “Şəki” kafesinin yerində hazırda ağır dəmir-beton konstruksiyalı çoxmərtəbəli obyekt tikilir ki, bu da metronun “Əcəmi” keçidinin üzərində yerləşir. Yəni tikilməkdə olan bu obyekt metro keçidi üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Ancaq təəssüflər olsun ki, hər kəsin gözü qabağında həyata keçirilən bu tikilinin qarşısını alan yoxdur. Bu qanunsuz tikiliyə rəvac verən, məlum tikilini himayə edən əsas şəxs isə Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşı – “dollar Cavid” və ya “Şamaxılı Cavid” kimi tanınan harınlamış məmurdur. Cavan yaşında milyonlarla manat məbləğində var-dövlətə, villa və maşın kolleksiyasına malik olan bu şəxs, qanunları kobud şəkildə pozaraq Cavadxan küçəsindəki bu tikilini açıq-aşkar himayə edir. Şəxsi əlaqələrindən və tutduğu vəzifədən istifadə edən “dollar Cavid” metro keçidi üzərindəki tikintinin maksimum sürətlə başa çatdırılmasına çalışır, tikili ilə bağlı araşdırma aparmağa cəhd edən əlaqədar dövlət qurumlarına əngəllər yaradır.
Xatırladaq ki, “Şamaxalı Cavid” paytaxtın müxtəlif nöqtələrində dəyəri milyonlarla manat olan obyektlərin qanunsuz tikintisinə himayədarlıq etməkdə, qanunlara meydan oxumaqdadır. O, öz qanunsuz əməllərini bir çox hallarda Ramin Abdullayevin göstərişi kimi qələmə verir, bəzi hallarda isə Arxitektura və Şəhərsalma Komitəsinin sədr müavini Namiq Hümmətovun adından sui-istifadə edir.
“Əcəmi” metrosunun üzərində inşa edilən obyekti isə “Şamaxılı Cavid” xüsusi ciddi-cəhdlə himayə etməkdədir. Görünən odur ki, bu obyektin inşasından ona daha böyük pay düşür. Belə olmasaydı, “dollar Cavid” özünü bu məsələdə bütün hücumlar önündə qalxana çevirməzdi.
Maraqlıdır ki, metro keçidi üzərində həyata keçirilən qanunsuz tikili Arxitektura və Şəhərsalma Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini də narahat etmir. Belə olmasaydı, o zaman sözügedən qurum insnaların həyatı üçün təhlükə yaradan obyektin tikintisinə imkan verməzdi.
Məlumat üçün qeyd edək ki, hazırda keçmiş “Şəki” kafesinin ərazisində betonlama işləri tam sürətlə davam edir. Ümid edirik ki, əlaqədar qurumlar, eləcə də güc orqanları bu qanunsuz tikili və ona rəvac verən bütün şəxslər, eləcə də “Şamaxılı Cavid” haqqında lazımi ölçü götürəcək, metro keçidi üzərindəki “Sirat körpüsü”nün inşası dayandırılacaq."
- “Şamaxılı Cavid” Ramin Abdullayevə qarşı kampaniyada necə yer alıb?
- “Şəki” kafesi ərazisindəki tikinti hansı qiymətə “qanuniləşdirilib”?
- Badamdar və Abşerondakı tikintilərdən “Şamaxılı Cavid” nə qədər qazanıb?
Bütün bunlar haqda növbəti yazımızda...
TEREF olaraq məqalədə iddia olunan məsələlərdə adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
35 dəfə oxundu