Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır
İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə yeni müqavilə imzalayacaq.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, tərəflər sözləşmə müddətinin uzadılması barədə razılığa gəliblər. Yeni müqavilə 2025-ci yayınadək nəzərdə tutulub.

Romanonun sözlərinə görə, ispaniyalı mütəxəssis bundan sonra həm də transfer siyasəti ilə məşğul olacaq.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "şəhərlilər"ə başçılıq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...