"Araz” marketlər şəbəkəsində fırıldaq: - Məhsulda bir qiymət, kassada başqa

"Araz” marketlər şəbəkəsində fırıldaq: -
Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.

7NEWS.az-ın məlumatına görə, "Araz” marketdən "Pomidor" alan müştəri çəkidə başqa, kassada başqa qiymətlə rastlaşıb.

Belə ki, çəkidən sonra qiyməti 1 manat 29 qəpik olan məhsul, kassada 1 manat 39 qəpik kimi vurulub.

"Araz” marketlər şəbəkəsində fırıldaq: -


Qeyd edək ki, dəfələrlə mətbuatda marketlərin müştəriləri aldatması faktı işıqlandırılsada bu problem həll olunmur. Məsələ burasındadır ki, bu problem özlüyündə cinayət predmetidir. Təsəvvür edin ki, gün ərzində bir marketə azı 1000 adam girir və hər birindən azı 0.10 və 0.20 azn pul oğurlanır. Bu birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə, başqasının vəsaiti mənimsəmə, başqasında ziyan vurma, qeyri-qanuni yollarla külli miqdarda vəsait qazanmaqdır.
Məsələ ilə bağlı"Araz” marketlər şəbəkəsinin nümayəndəsi ilə əlaqə yaratmağa çalışsaqda bu istəyimiz alınmadı. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...