Bu vəzifəli şəxs polisləri güllələyən Rövşənin güdazına gedəcək? - Adı hallandı, nə baş verib?

Bu vəzifəli şəxs polisləri güllələyən Rövşənin güdazına gedəcək? -
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.

Rövşən Allahverdiyev kimdir və niyə axtarışda olub?

Hurriyyet.az bildirir ki, aprel ayında Bakı sakini Abbas Dadaşov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçi olduğunu bildirib. AFN-ə açıqlamasında deyib ki, Teymur Şahbazov qardaşının adından və mövqeyindən sui-istifadə edərək, Sumqayıt şəhəri, Koroğlu küçəsində, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan külli miqdarda pul alıblar.

T.Şahbazov şikayətçini Rövşən Allahverdiyevlə birgə aldadıb. Abbas Dadaşovun sözlərinə görə, ondan üst-üstə 236 min manat pul alıblar.

Şikayətçinin sözlərinə görə, Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.

DİN-in məlumatında göstərilir ki, axtarışda olan R.Allahverdiyev bundan öncə dəfələrlə məhkum olunub. Onun bundan öncə CM-in hansı maddələri ilə mühakimə olunduğu haqda məlumat yoxdur.

axar.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...