Kütləvi ixtisarlar başladı, sədr işdən çıxdı - Nazirliyin tabeliyindəki qurumda nə baş verir?

Kütləvi ixtisarlar başladı, sədr işdən çıxdı -
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondunda kütləvi ixtisarlar aparılıb. Artıq 3 aydan çoxdur ki, 80-dən çox işçisi olan qurumun əməkdaşlarının maaşları da verilmir.

Pravda.az-ın xəbərinə görə, artıq Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov işdən çıxıb, digər əməkdaşlara isə işdən çıxarılmaqları ilə bağlı ərizə yazılması tələb edilib. Fondun əməkdaşlarına məlumat verilib ki, artıq Dövlət Toxum Fondu fəaliyyətini dayandırır.

Qeyd: Azərbaycan Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən yüksək məhsuldar toxumların istehsal və tədarükünün həyata keçirilməsi məqsədilə Dövlət Toxum Fondu yaradılmışdır. Fondun tabeliyində 5 toxum emalı zavodu fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...