Nərimanov Tibb Mərkəzi qanunsuzluğa yol verib? - Quruma cərimə yazıldı

Nərimanov Tibb Mərkəzi qanunsuzluğa yol verib? -

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Nərimanov Tibb Mərkəzinə cərimə yazıb.

Qaynarinfo xəbər verir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.-6-cı maddəsi ilə cərimələnib.

Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır. Maddədə inzibati xəta növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Nərimanov Tibb Mərkəzi Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarını qanunsuz hesab etdiyindən məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Vüsal Qurbanov iş üzrə hakim təyin edilib.

Nərimanov Tibb Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir.

Mərkəzin direktoru Fazil Alməmmədovdur.

Qlobal.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...