Əmirullayev oliqarx övladlarını yüksək vəzifələrə təyin edir - nazir bu fakta cavab verəcəkmi?

Əmirullayev oliqarx övladlarını yüksək vəzifələrə təyin edir -
Elm və Təhsil naziri Emin Əmirullayev oliqarx övladlarını yüksək vəzifələrə təyin edir.

AzFakt.com saytı xəbər verir ki, Emin Əmirullayevin oliqarx övladlarını yüksək vəzifələrə təyin etməsinin arxasında heç də vəzifəyə təyin edilənlərin bilik və bacarıqları dayanmır.

Məsələn, Elm və Təhsil naziri 2023-cü ilin dekabr ayının 18-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Coşqun Əliyev adlı şəxsi müdir təyin edib.

Coşqun Əliyevin indiyədək hansı pedoqoji fəaliyyəti olması barədə heç bir məlumat yoxdur.
Əmirullayev oliqarx övladlarını yüksək vəzifələrə təyin edir -


Coşqun Əliyev əvvəllər Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışan, adı bir çox maxinasiyalarda hallanan Vidadi Əliyevin oğludur.

O, atasının əlaqələrindən istifadə edərək Bakı şəhərində parkinq biznesi ilə məşğul olub.

Bu barədə medada xeyli sayda məlumatlar tirajlanıb.

Həmin məlumatlarda Coşqun Əliyevin Bakı şəhərində qurduğu parkinq biznesinin vergidən yayındığı və əhali arasında kütləvi narazılıq yaratdığı qeyd edilir.

Coşqun Əliyevin parkinq biznesi hökumətin apardığı islahat zamanı müflis olub.

Coşqun Əliyev bundan sonra atasının vəzifədə çalışdığı zaman əldə etdiyi biznesə sahiblik edib.

Bu biznesi sırasında Zirə qəsəbəsində xeyli sayda pomidor və xiyar istixanaları, icarəyə verilən çoxdsaylı obyektlər, ticarət mərkəzi, yanacaqdoldurma məntəqəsi olduğu deyilir.

Emin Əmirullayevin daha bir kadrının- Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin də oliqar nəslin nümayəndəsi olduğu vurğulanır.
Əmirullayev oliqarx övladlarını yüksək vəzifələrə təyin edir -

Belə ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın Azərbaycanda tikinti maqnatlarından biri olan, “Körpü-Bina-Tikinti” MMC-nin sahibi Xəlil Göyüşovun yaxın qohumu olduğu vurğulanır.

İlhamə Abdullayeva Coşqun Əliyevdən fərqli olaraq əvvəllər təhsil sistemində xırda vəzifələrdə çalışıb.

Emin Əmirullayev Təhsil naziri təyin edildikdən 5 ay sonra İlhamə Abdullayevanı Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...