6 ay öncə yaranan şirkət Bakı Slavyan Universitetinin 56 min manatllıq tenderini uddu - Gündəliklər, tələbə bileti və blank üçün

6 ay öncə yaranan şirkət Bakı Slavyan Universitetinin 56 min manatllıq tenderini uddu -
Bakı Slavyan Universitetinin Mətbəə məhsullarının satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, 32gun.Az-ın məlumatına görə, tenderin qalibi "Turan Advertising" şirkəti olub. Tərəflər arasında 55.798 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən Universitet Buraxılış vərəqəsi, Fərdi plan blankı, Tələbə bileti, Tələbənin tədris vərəqəsi, Akademik tədris yükü, Magistr bileti, Elmi Pedoqoji təcrübə gündəliyi və.s ilə təmin olunmalıdır.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Elçin Ramazanov Qəzənfər oğludur. MMC 10.02.2023-ci ildə dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin ( BSU) rektoru vəzifəsini Anar Nağıyev müvəqqəti icra edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...