“Bakı Metropoliteni”ndən 393 min manatlıq tender - “Steel Materials” MMC kimindir?

“Bakı Metropoliteni”ndən 393 min manatlıq tender -

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müxtəlif növ tikinti materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Steel Materials” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 392 986,14 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Steel Materials” MMC 12 yanvar 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 20, mənzil 14-də yeləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Şirkətin yeni yaranmasına və populyar olmamasına baxmayaraq, tenderlərdə fəal iştirak edir.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Steel Materials” MMC ilə cari ildə toplam maliyyə dəyəri 606 218,19 AZN olan 6 satınalma müqaviləsi imzalanıb. Bura "Bakı Metropoliteni” QSC ilə imzalanan müqavilə daxildir.

Ötən il isə şirkət 7 satınalma müqaviləsi imzalayıb. Müqavilələrin toplam maliyyə dəyəri 270 224 AZN təşkil edir.

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması lazımdır. Bir ilin və barəsində heç bir məlumat olmayan şirkətin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.

"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildə bu vəzifəyə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...